Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək.
Eləcə də bax: ƏDV ilə bağlı - YENİ QAYDALAR - MİSALLAR
FED.az məlumat verir ki, əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.
Belə ki, ödənişi post terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.
İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 Fevral tarixindən başlanılması nəzərdə tutulur.