2018-ci ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində diri çəkidə 57,3 min ton (keçən il 57,4 min ton) quş əti və 494,1 milyon ədəd (keçən il 568,4 milyon ədəd) yumurta istehsal olunmuşdur. “
FED.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 15 min baş (keçən il 12 milyon 567,8 min baş) olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 135 ədəd yumurta alınmışdır.
Ölkə üzrə cəmi yumurta istehsalı isə 1 milyard 303 milyon ədəddən 1 milyard 296 milyon ədədə düşüb.