Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov mükafat alıb.
Türk Dünyası Araşdırmaları beynəlxalq Elmlər Akademisiyası Mükafat Komitəsinin 30 yanvar 2018-ci il tarixli qərarı ilə türk dünyası elminə və təhsilinə ali xidmətlərinə görə Əvəz Ələkbərov Atatürk mükafatına layiq görülüb.
Qeyd edək ki, Əvəz Ələkbərov 1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışıb.