“İxrac İcmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də təqdim edilib.
Eləcə də bax: “İxrac İcmalı”nın noyabr sayı - Təqdim Edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Land Lojistic” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Sun Food” MMC, “Global Trade Group” MMC, “Fruit Store” MMC, “Baku Steel Company”, “Aqrovest” MMC və “Fruit City Group” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Kaspian Drilinq Kompani Limited” MMC.