Azərbaycanda kərə yağı istehsalı və ölkəyə kərə yağı idxalı azalır.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin hesabatında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycan pomidor biznesindən - MİLYONLARLA DOLLAR QAZANIRLAR
Beləliklə, 2018-ci ilin 11 ayı ərzində 21 min 569,6 ton kərə yağı istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azdır.
İdxala gəlincə, 2018-ci il dekabrın 1-nə ölkəyə 10 min 677,64 ton kərə yağı idxal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 790,04 ton, yəni 14,4 faiz azdır.
Əsas ərzaq məhsuludur, istehsalı və idxalı – AZALIR
21:25
2 Yan 2019