Dövlət Statistika Komitəsinin açıqlamalarına əsasən 2016-cı ildə əvvəlki ilə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz artıb.
FED.az xəbər verir ki, 2016-cı ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz artaraq 494,3 manat təşkil edib.
Ərzaq məhsullarının qiyməti 14,7% artıb
10:24
24 Yan 2017