Azərbaycanda yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 56 milyard 860,8 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıqdır.
Əhalinin adambaşına düşən gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% artaraq adambaşına 5 650 manat olub.
Başqa sözlə orta hesabla 1 nəfərin adambaşına gəlirləri 565 maat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, yanvar-oktyabr aylarında ölkədəki qiymət artımı əhalinin gəlirlərinn artım sürətini üstələyir. Belə ki, DSK-nin bir qədər əvvəl açıqladığı məlumatlara görə, yanvar-oktyabr aylarında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 21% artıb. Ayrıca olaraq qida məhsullarının qiymətində isə 21.7: artım müşahidə edilir.