Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir
Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında bildirib.
“Ticarətə gəldikdə, bildiyiniz kimi, biz artıq Azərbaycandan benzin idxal etməyə başlamışıq. Bundan əlavə, hər iki ölkə ikitərəfli ticarətin bir hissəsi ola biləcək malların siyahılarını mübadilə edib. Ermənistan və Azərbaycandan hansı malların ixrac edilə biləcəyinə dair müzakirələr aparılıb və ilkin razılaşmalar var. Biz ümid edirik ki, bu proses başa çatdıqdan sonra rəsmi bəyanat veriləcək”. – o deyib.
Nazir müavini bildirib ki, sülhün təmin olunması üçün iqtisadi əlaqələrin qurulması da mühüm əhəmiyyət daşıyır: “Artıq qeyd olunduğu kimi, biz Azərbaycanla ticarətə başlamışıq”.
Nazir müavini bildirib ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da bəzi məhsulların ixracının həyata keçirilməsi gözlənilir.














