“Ermənistanda ABŞ dollarının məzənnəsi 520 dramı, benzinin qiyməti 700 dramı, yumurtanın qiyməti isə 80 dramı ötüb".
Eləcə də bax: Tahir Mirkişili: “Ermənistan borc içindədir”
FED.az xəbər verir ki, bunu Ermənistanın "Daşnaktsutyun" partiyasının üzvü, keçmiş Kənd Təsərrüfatı naziri Artur Xaçatryan "Facebook"da bildirib.
Keçmiş nazir yerli investorları 2-ci dəfə tədavülə buraxılan dövlət istiqrazlarını almağa çağırıb.
A.Xaçatryanın yazdıqlarını şərh edən Ermənistan sakinləri isə qarşıdakı günlərdə dolların məzənnəsinin 550 drama, tədricən isə 700 drama çatacağını deyiblər. (Report)