Türkiyə iqtisadiyyatı ardıcıl olaraq 21 rüblük böyümə tendensiyasını davam etdirir. FED.az xəbərn verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib, dövlət başçısı milli gəlirin 1,5 trilyon dollara yüksəldiyini, 2028-ci il üçün hədəfin isə 1,9 trilyon dollar olduğunu bildirib.
Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Ərdoğan, Türkiyəyə tarixinin ən böyük sərmayəsini gitirdiyini elan edərək milli gəliri ildə 238 milyard dollardan 1,5 trilyon dollara yüksəltməyə nail olduqlarını söyləyib.
Xatırladaq ki, Türkiyənin Statistika Təşkilatı ölkədə iqtisadi artımın 3,7%-ə çatdığını elan edib.
Ərdoğan Türkiyədə nəzərdə tutulan iri layihələri də açıqlayıb.
Atom elektrik stansiyası ilə bağlı Cənubi Koreya ilə danışıqların davam etdiyini xatırladan prezident, eyni zamanda «Hyundai»ın qarşıdakı dövrdə İzmitdəki fabrikində 100% elektrikli avtomobillər istehsalına başlayacağını bildirib.











