Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi sektorlarda müşahidə olunan kəskin qiymət artımını “acgözlük” və fürsətçiliklə əlaqələndirərək bunu iqtisadi zərurətdən çox, mənfəət məqsədilə atılmış addım kimi qiymətləndirib.
Ərdoğan Mərkəzi Bankın faizləri daha da aşağı salacağını gözləyir
Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında Ərdoğan, 2025-ci ildə qiymət nəzarətlərinin daha da gücləndiriləcəyini açıqlayıb. Prezident, eyni zamanda, vətəndaşlara əsassız yüksək qiymətlər tətbiq edən bizneslərə qarşı boykot etmə çağırışı edib.
Ərdoğanın sözlərinə görə, hökumət bu cür fəaliyyətləri diqqətlə izləyəcək və lazımi tədbirlər görəcək. Bu açıqlama, qiymətlərin artdığı bir vaxtda, ictimaiyyətin diqqətini iqtisadi ədalət və şəffaflığa yönəltmək məqsədi daşıyır.