2019-cu ildən etibarən Azərbaycanda alkoqollu və alkoqolsuz energetik içkilərin istehsalına aksiz vergisi tətbiq olunacaq.
FED.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev cümə günü Vergi Məcəlləsində aksiz markası ilə markalanmış malların siyahısının genişlənməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Xüsusilə, alkoqollu energetik içkilər – hər litrinə 2 manat; alkoqolsuz energetik içkilər – hər litrinə 3 manat məbləğində aksiz vergisi müəyyən edilib.
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişikliklər - TƏSDİQLƏNDİ, TAM MƏTN
Bundan əlavə, düzəlişlərdə Azərbaycanda elektron siqaretlər üçün maye istehsalına aksiz vergisinin tətbiqi nəzərdə tutulur. Elektron siqaretlərin hər litrinə aksiz dərəcəsi 20 manat həcmində müəyyən edilib.
O cümlədən, ölkədə istehsal olunan siqaretlərin aksiz dərəcələri artırılıb. Gələn ildən etibarən siqarlar, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə aksiz dərəcəsi 1 manat təşkil edəcək (hazırda hər 1 min siqaret üçün dərəcə 20 manat təşkil edir).
Qeyd olunan aksiz dərəcələri 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.