FED.az-ın sorğusuna Komitədən verilən cavaba görə, bu ilin 9 ayında ümumən ölkə üzrə qoyulan investisiyanın məbləği 10 mlrd 831,7 mln manat təşkil edib.
Eləcə də bax: İqtisadi cəhətdən geriləyən - RAYONLAR, SİYAHI
Ən çox investisiya Bakı şəhərinə qoyulub. Bu şəhərə qoyulan investisiyanın məbləği 6 mlrd 918,8 mln manat təşkil edib.
Bakı şəhərini nəzərə almasaq ən yüksək məbləğdə investisiya qoyulan 10 rayon aşağdakılardır.
Bakıya nəzərən digər rayonlara qoyulan investisiya məbləği 500 mln manatdan aşağıdır. Hətta təkcə 6 rayona qoyulan investisiyanın məbləği 100 mlndan çoxdur.
Qeyd edək ki, Naxçıvan iqtisadi rayonu üzrə məlumat rayonlar üzrə deyil, ümumən verilmişdir. Bu iqtisadi rayona qoyulan ümumi pulun məbləği 779,9 mln manat təşkil edib.
Rayonlar | Əsas kapitala yönəldilmiş investisiyalar(min manat) |
Sumqayıt | 410 428,8 |
Gəncə | 199 657,3 |
Ağcabədi | 173 586,2 |
Abşeron | 164 986,9 |
Xızı | 112 241,0 |
Lənkəran | 106 512,4 |
Xaçmaz | 89 502,5 |
Sabirabad | 89 379,9 |
Ağdaş | 75 066,2 |
Cəlilabad | 72 638,9 |
Ən az investisiya yönəldilən rayon Laçın rayonu olub. Bu rayona investisiya qoyuluşununu məbləği 276 min manat təşkil edib.
İşğal altında olan rayoları nəzərə almasaq ən az investisiya Naftalan rayonuna eilib. Maraqlı məqam ondan ibarətdir ki, Naftalan rayonunda prespektivli inkişaf şəraiti olsa da, bu rayona qoyulan pul ən az məbləğdə olub.
Digər ən az pul qoyulan 9 rayonda isə investisiya edilən məbləğ 10 mln manatla -22 mln manat aralığında dəyişib.
Rayonlar | Əsas kapitala yönəldilmiş investisiyalar(min manat) |
Naftalan | 9 605.4 |
Saatlı | 10 182,7 |
Şirvan | 11 792,6 |
Göyçay | 12 856,4 |
Samux | 15 611,9 |
Daşkəsən | 18 463,2 |
Ağsu | 18 972,0 |
Zaqatala | 20 555,3 |
Gədəbəy | 21 776,2 |
Zərdab | 21 070,9 |