İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayı təqdim olunub.
“İxrac İcmalı”nda 2018-ci ilin fevral ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Göstərilib ki, 2018-ci ilin fevral ayı ərzində Azexport.az portalına 37,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 28 fevral tarixinə kimi Azexport.az portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: «Şərab, fındıq, çay, xurma» - PUL GƏTİRƏN MALLAR
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin fevral ayında ən çox ixrac sifarişi şərab, findıq ləpəsi, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü, zəfəran, göbələk, qənnadi məhsulları, meyvə tamlı süd, şəkər tozu, toyuq yumurtası, kərə yaği, süd məhsulları, tibbi tənzif, tikinti kərpici, yataq dəsti, konserviləşdirilmiş ət, buğda unu və s. mallara olub.