İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mayı ayı üzrə “İxrac icmalı”da 2023-cü ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı üzrə rəqəmləri açıqlayıb.
Ən çox pul gətirən qeyri-neft məhsulları: Elektrik enerjisi, pomidor və fındıq – İXRAC İCMALI
FED.az xəbər verir ki, bu dövrdə ən çox məhsul ixrac edən şirkət pambıq istehsalçısı «MKT İstehsalat və Kommersiya» olub – şirkət ilk 4 ayda xarici ölkələrə 33,4 milyon dollarlıq məhsul ixrac edib.
Bununla yanaşı, «MKT»nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb.
Qızıl istehsalçısı olan «Azərbaycan İnternetşnl Mayninq Kompani» şirkətinin Azərbaycan nümaynədəliyi isə xaricə 26,4 milyon dollarlıq qiymətli metal ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,5 milyon dollar azalıb.
Polad məmulatlar və armatur istehsalçısı olan «Baku Stil Kompani» şirkəti isə ixracının həcmini 3 dəfəyə yaxın artıraraq ölkənin ən böyük ixracçıları sırasında 3-cü pilləyə yüksəlib.
Bundan başqa, ilk dəfə olaraq ölkənin ən böyük (4 ayın nəticəsi üzrə olsa da) qeyri-neft ixracçılarının sırasına logistika şirkəti də qoşulub – «Best Logistik» MMC yanvar-aprel aylarında 10 milyon dollarlıq qeyri-neft sektoru üzrə xidmət ixrac edib.