Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə qiymət artımın açıqlayıb.
FED.az-ın məlumatına görə, komitə bildirir ki, bu dövrdə qeyri-ərzaq məhsulları illik ifadədə 7,6% bahalaşıb.
Sentyabrda qeyri-ərzaq məhsulları əvvəlki aya nisbətən 2,4 %, əvvəlki ilin sentyabr ayına nisbətən 110,5 % bahalaşıb.
Sentyabr ayında ən çox bahalaşan qeyri-ərzaq malları
geyim,
ayaqqabılar,
boyalar,
divar kağızları,
mebellər,
məişət cihazları,
xalçalar,
minik avtomobilləri üçün ehtiyat hissələri,
dəftərlər,
zərgərlik məmulatları olub.
Ucazlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.