Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə qiymət artımın açıqlayıb.
FED.az-ın məlumatına görə, komitə bildirir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,3% bahalaşıb. Təkcə sentyabrda qiymətlər əvvəlki aya nisbətən 3,1 %, 2021-ci ilin sentyabr ayına nisbətən isə 15,6 % artıb.
Sentyabr ayında ən çox bahalaşan ərzaq malları
un,
düyü,
makaron məmulatları,
mal, qoyun və toyuq əti,
kolbasa məmulatları,
təzə balıq, qatılaşdırılmış şəkərli süd,
kəsmik, xama, pendir,
yumurta,
qarğıdalı yağı,
süfrə marqarini,
banan,
limon,
xiyar, pomidor,
kələm, bibər, badımcan, göy lobya,
kartof, sarımsaq,
mərci,
şəkər və şəkər tozu,
konfetlər,
çay,
kola içkisi,
pivə olub.
Sentyabrda ucuzlaşan ərzaq malları əsasən alma, armud, üzüm, balqabaq, soğan olub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.