İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib.
2018-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar:
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,
"MKT İstehsalat Kommersiya" MMC,
"Baku Steel Company" MMC,
"Kapitan Fruits" MMC,
“Food Export Şəmkir” MMC,
“Azfruittrade” MMC,
“Sun Food” MMC,
"TST Export" MMC,
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,
"Qala meyvə-tərəvəz ixracat idxalat" MMC
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:
"Det-al Alüminium" MMC,
"Azərenerji" ATSC,
"Azergold" QSC,
"SOCAR Methanol" MMC,
"Azərbaycan Hava Yolları" QSC,
“CTS-Agro” MMC,
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC,
“Geofizika və Geologiya İdarəsi”,
Naxçıvan MR Dövlət Energetika Xidməti.