İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən Əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclası keçirilib.
Alıcıları aldatdığı, malları dəyişdirmədiyi və qaytarmadığı iddia olunan şirkətlərin adları açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, institutdan verilən məlumata görə, iclasda AZSTAND, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Fövqəladə Hallar Nazirliyi, “Vostok-Servis Bakı” QSC, “Facility Management Group” MMC və “Azərsun Holdinq” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə Texniki Komitənin (AZSTAND/TK 21) 2023-2024-cü illər üçün fəaliyyət planı müzakirə olunub və təsdiq edilməsi ilə bağlı qərar qəbul edilib.