İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 931-2023 “Əlvan metallardan hazırlanan yivli birləşdirici detallar – bağlayıcılar – boltlar, vintlər, şpilkalar və qaykalar” dövlət standartını təsdiq edib.
Bu barədə FED.az-aİnstitutdan məlumat verilib.
Yeni standart Fövqəladə Hallar Nazirliyinə, Müdafiə Sənayesi Nazirliyinə, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutuna rəyə təqdim edilib və müvafiq rəylərdən sonra İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.