Dövlət daim müxtəlif platformalarla sahibkarları dəstəkləyir. Sənaye zonalarında sahibkarlar üçün dövlət tərəfindən infrastruktur yaradılıb və stimullar tətbiq olunur.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” -
Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda məlumat verib.
"2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və respublikamızın müxtəlif bölgələrində olan sənaye zonalarında investisiya portfeli 1 mlrd. manatdan çox 96 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 10800-dən çox iş yerinin yaradılması nəzərdə tutulu " - deyə Elnur Əliyev məlumat verib.