İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökümətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Ölkə səviyyəsində innovasiyalara böyük sərmayələr planlaşdırılır"
FED.az xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi istiqamətində görülən işlər vurğulanıb, Dünya İqtisadi Forumu ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələr üzrə layihələrin mövcud icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.
Tərəflər Bakıda keçirilən InMerge İnnovasiya Sammitinin və birbaşa rəqəmsal xarici investisiyalarla bağlı vörkşopun iqtisadiyyatda innovasiyaların tətbiqinin stimullaşdırılmasında əhəmiyyətini qeyd ediblər.