İqtisadiyyat

Elman Rüstəmov Prezidentin yanındakı müşavirədə xəbərdarlıq etdi: “Biz diqqətli olmalıyıq”

Elman Rüstəmov Prezidentin yanındakı müşavirədə xəbərdarlıq etdi: “Biz diqqətli olmalıyıq” | FED.az
21:58 31 İyul 2019

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, real sektora verilən kreditlərin azaldığı bir şəraitdə istehlak kreditlərinin (əhaliyə verilən kreditlərin) sürətlə artmasının təhlükəli nəticələri ola biləcəyinə işarə edib.


"2019-cu ilin 6 ayı ərzində cəmi kreditlər 1.6% artıb. Bu artım istehlak kreditlərinin 9%-dən çox artmasından qaynaqlanıb. Amma biznes kreditləri 0,3% azalıb".

FED.az biznes portalı "Marja"ya istinadən  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

"ƏHALİNİN BORC YÜKÜNÜN ARTMASI İZLƏNİLMƏLİDİR"

Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib:

“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Əhalinin borc yükünün artması, həm də istehlak kreditlərinin cəmi bank sektorunun portfelində 50 faizə yaxınlaşması izlənilməlidir ki, hansı problemlər yarada bilər.”

 

"STİMULLAŞDIRICI TƏDBİRLƏR LAZIM GƏLƏCƏK"

Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda əhəmiyyətli likvidlik var:

“Yüksək likvidliyə baxmayaraq biznes kreditləri artmır. Görünür kompleks requlyativ və stimullaşdırıcı tədbirlər görəm lazım gələcək. Bu vəsaitlər real sektora getməli, iqtisadiyyata investisiya prosesini dəstəklənməlidir”.

Digər xəbərlər