Azərbaycanda olan inflyasiya idxal olunan inflyasiya olduğu bildirilir.
Azərbaycanda inflyasiya - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin sədr müavini Əli Məsimli bildirib.
“Beynəlxalq aləmdə qiymətlər aşağı düşməyə başlayıb. Əgər bu idxal olunan inflyasiyadırsa, qiymət bizdə niyə düşməyə başlamır? Burada monopoliya böyük rol oynayır. Buna görə də anti-monopoliya addımları atılmalıdır. Monopoliyaya görə Azərbaycan vətəndaşları 500 milyon manatdan çox vəsait itirirlər”, - deyə Əli Məsimli əlavə edib. (Apa)