"Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyada qarşımızda qoyulan məsələlərin əksər hissəsini həll etmişik".
FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, amma bütün məsələlər həll olunmayıb: "Ancaq biz güclərimizi toplayaraq qarşıda qoyulan məsələləri təbii ki, yaxın zamanlarda həll edəcəyik".
Ə.Əsədov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Fuat Oktayı qəbul edib: “Bu görüş zamanı Azərbaycan-Türkiyə strateji iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verilib. Həmin tapşırıqlar Azərbaycan hökuməti qarşısında da qoyulub". (Report)