Ələt Azad İqtisadi Zonasında işçi dili Azərbaycan və ingilis dili olacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş yeni “Ələt iqtisadi zonası” haqqında qanun layihəsində qeyd edilib.
Yeni qanun layihəsinin 29-cu maddəsində (Azad Zonanın işçi dili) göstərilib ki, Azad Zonada Azərbaycan dili ilə yanaşı, işçi dil kimi ingilis dili işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.