Azərbaycanda “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nda dəyişiklik edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda bu Qaydalar ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmur.
Yeni qərara görə isə, bu qaydalar ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmur.