Bu ilin yanvar-oktyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 983 min 194 elektron müraciət daxil olub.
ELƏCƏ DƏ BAX: Azərbaycanda biznesin durumu və gözləntiləri araşdırılıb - SORĞU, NƏTİCƏLƏR, ANALIZ
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, müraciətlər arasında fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.
Oktyabr ayında Dövlət Gömrük Komitəsinə 253 min 862 müraciət daxil olub.
Elektron qaydada bu mallar – BƏYAN EDİLİR
20:12
21 Noy 2018