İqtisadiyyat

“Ekspertlərin şərhlərinə ehtiyacımız yolxdur, Qərar qəbul edilib”

“Ekspertlərin şərhlərinə ehtiyacımız yolxdur, Qərar qəbul edilib” | FED.az
10:14 26 Avq 2020

“Bizim bu gün o dırnaqarası ekspertlərin Qərara düşəlişləri şərh etmələrinə ehtiyacımız yolxdur”

Eləcə də bax: Təcili: «300 dollarlıq limiti hissələrə bölmək olar» - GÖMRÜKDƏN AÇIQLAMA

FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev  Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərdən danışarkən bildirib.

Qəraının adını oxumadan “iqtisadiyyata və iş adamlarına zərbə vuruldu” bildirirlər. Nə ilə zərbə vuruldu?! Düşünülməmiş ifadələr istifadə edirlər. Əgər bir mal Azərbaycanda istehsal olunmursa deməli bu mala vergi və rüsum alınmamalıdır?! Onda büdcə nə ilə formalaşdmalıdır?  Qərarlar düzgün şərh olunmalıdır, insanlar düzgün məlumatlandırılmalıdır. Onların məqsədi və məramı bəllidir. Onlar heç qərarın adını düzgün bilmirlər. Qərar “fiziki şəxslərin istehsal və kommersiya məqsədləri” üçün nəzərdə tutulmayan malların gətirilməsini tənzimləyir.Yəni, əgər vətəndaş öz ailəsi və öz adına malları gətirib onun ticarətilə məşğul olursa, bu qərar onu tənzimləmir. Bu qərar ticarət məqsədləri üçün gətirilməyən malları tənzimləyir. Bəzi ekspertlər “Ay sahibkarlar, kiçik biznes batdı, bunu müzakirəyə çıxarmalıyıq” deyirlər. Bu qərar artıq yüksək səviyyələrdə müzakirə olunub və qəbul edilib. Bir qərara şərh verəndə səmimi olmaq və kənar ölkələrin təcrübəsinə baxmaq lazımdır”. (Marja)

Digər xəbərlər