Paytaxt sakinlərinə göstərilən ödənişli xidmətlərin məbləği məlum olub.
FED.az Bakı Şəhər Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4002,9 milyon manat olub.
Eləcə də bax:Bakıda işləyənlərin nə qədər maaş aldığı - MƏLUM OLUB
Hüquqi şəxslər tərəfindən əhaliyə 2888,2 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizini təşkil edib.