Azərbaycan əhalisinin xərclərinin yarıdan çoxu ərzaq məhsullarına sərf edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi 2026-cı ilin 1-ci rübündə pərakəndə ticarət dövriyyəsini açıqlayarakən məlumat yayıb.
Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927,3 milyon manatlıq məhsul satılıb.
Bundan 8 milyard 775 milyon manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 7 milyard 152 milyon manat qeyri-ərzaq mallarına sərf edilib.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
Komitə bildirir ki, 2026-cı ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
İlin ilk 3 ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq məhsul alıb. Bunun 284,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 232,3 manatı qeyri-ərzaq mallarının payına düşüb.

















