"Hayat Pharm" Azərbaycan-Rusiya birgə müəssisəsi 2019-cu ildə fəaliyyətə başlayacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur”, - deyə nazirlikdən qeyd ediblər.
Zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək.
“İlkin mərhələdə zavodda 89 çeşiddə dərman istehsal olunacaq", - deyə məlumatda deyilir.
“Hayat Pharm” əczaçılıq şirkətinin təsisçiləri Azərbaycan İnvestisiya Şirkəti, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri $74 mln. təşkil edir.
İstehsal ediləcək məhsullar Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışa çıxarılacaq