Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 0,5% azalacağını proqnozlaşdırır. "Interfax" agentliyinin məlumatına görə, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.
Ötən ilin noyabr ayında EBRD 2017-ci il Azərbaycanda ÜDM-in 1% artacağını proqnozlaşdırıb.
"Cari ilin birinci rübündə Azərbaycanda ÜDM 0,9% azalıb. Bununla yanaşı, hesabat dövründə qeyri-neft sektoru 2,4% böyüyüb", - deyə hesabatda vurğulanıb.
EBRD-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 2% artacaq.