Onlayn satışla məşğul olan Amerikanın eBay şirkəti martın 3-dən Rusiya və Ukraynaya sifarişlərin çatdırılmasını dayandırıb. Bu barədə şirkətin elektron poçtla şənbə günü yaydığı məlumatda deyilir.
Eləcə də bax: İndiyə qədər Rusiyaya sanksiya tətbiq edən bütün şirkətlər – SİYAHI
FED.az xəbər verir ki, bu qərara səbəb Ukrayna ətrafındakı vəziyyətdir.
Açıqlamaya görə, şirkət daşımalarda fasilələrdən təsirlənən alıcı və satıcıları qorumaq üçün martın 3-dən Ukrayna və Rusiyaya beynəlxalq daşımaları dayandırıb.
eBay Inc. - 190 bazarda fəaliyyət göstərən ticarət sahəsində dünyanın ən böyük Amerika şirkətlərindən biridir. Data Insight-a görə, eBay 2021-ci ildə Rusiyada ən populyar ixrac bazarına çevrilib. (Marja)