2018-ci il sahibkar sinfi üçün həqiqətən keçid ili kimi axırıncı il olacaq. FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov bundan sonra əməliyyatlarını qeyri-şəffaf aparan sahibkarları ciddi maliyyə sanksiyaları gözlədiyini bəyan edib: “Bunu əvvəlcədən xəbərdarlıq olaraq deyirik”.
N.İmanovun sözlərinə görə, bu dövr sahibkarlara şərait yaradır ki, aparılan əməliyatların hamısı şəffaf şəkildə həyata keçirilsin. Çünki 2019-cu il üçün məqsəd sistemdə şəffaflığın təminatında inkişafa nail olmaqdır: “Sahibkarlar heç də düşünməsinlər ki, vergi nəzarət tədbirləri bu ilki kimi az davam edəcək. Xahiş edirəm, qəbul edin ki, bu həmin anlama gəlmir. 2016-cı il 2017-ci il üçün keçid dövrü olsa da bu, çox sahibkarlar tərəfindən səmərəli istifadə edilmədi. 2018-ci il keçid mərhələsində sonuncu ildir. Tövsiyyə edirik ki, bu keçid dövründən istifadə edərək, hesabatlılıq səviyyəsini yüksəldin.
İ.Abdullayeva