Bir müddət bundan əvvəl neft qiymətləri əhəmiyyətli dərəcədə düşəndən sonra zəif templə artır.
Neft qiymətləri çərşənbə günü əhəmiyyətli dərəcədə düşmüşdür.
27 iyulda aparılan ticarət nəticəsində Londonda ICE birjasında Brent markalı neftin sentyabr müqaviləsinin dəyəri $43,47-ə qədər $1,4 (-3,1%) dollar düşdü.
Nyu-Yorkun ticarət birjası olan NYMEX-də WTI markalı neftin sentyabr fyuçersləri $1,0 (2,3%) ucuzlaşaraq bir barelə $41,92 təşkil etdi.
Hazırda qara qızıl zəif də olsa artır.
Brent nefti üzrə sentyabr müqaviləsinin qiyməti saat 7:39-da $0,19 (0,44%) qalxaraq bir barelə $43,66 təşkil etmişdi.
Sentyabrda çatdırma ilə WTI markalı neft fyuçersinin kotirovkası $0,17 (0,41%) artaraq bir barelə $42,09 dollar təşkil etmiş oldu.
Düşən neft qiymətləri zəif templə artır
15:13
16 Avq 2016