İqtisadçılar zəif Çin iqtisadi məlumatlarından sonra bu il iqtisadi artımın daha da yavaşlayacağını gözləyirlər.
Azərbaycan iqtisadiyyatının vəziyyəti məlum oldu – RƏQƏMLƏR AÇIQLANDI
Çin iqtisadiyyatı bu il daşınmaz əmlak bazarındakı zəif satış və Covid-19-un yaratdığı tədarük problemlərilə əlaqədar olaraq gözləniləndən daha çox yavaşlaya bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu gün açıqlanan Çininin iyul ayı iqtisadi məlumatlarından və Çin Xalq Bankının sürpriz faiz endiriməsindən sonra bəzi iqtisadçılar və qurumlar ölkə üzrə iqtisadi artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçiriblər.
ING Groep və TD Securites bu il üçün artım proqnozlarını müvafiq olaraq 4 və 2,9 faizə endiriblər. Nomura Holdings isə 3,3 faiz artım gözlədiklərini və "hələ də çox optimist" olduqlarını bildirib.
Yeni növ koronavirusa yoluxanların artması səbəbində iqtisadi göstəricilər iyul ayından daha pis olublar. Bu zəif gedişatı geri qaytarmaq üçün Çin hökuməti Covid-19 ilə bağlı vəziyyəti yaxşılaşdırmalı və daşınmaz əmlak sektoruna investisiya qoymalıdır.
Məlumatlar göstərir ki, hazırda daxili tələb kifayət qədər zəifdir. Bu gün gözlənilməz faiz endirimi siyasətçilərin narahat olduğunu və jest etmək istədiyini göstərir. Ölkədə sənaye istehsalı yavaşlayıb, lakin ixrac yaxşı gedir. Bu, daxili tələbin zəifliyindən xəbər verir. Aşağı düşən pərakəndə satış məlumatları istehlakçı tələbinin kövrək olduğunu və daha çox stimullaşdırmaya ehtiyac olduğunu göstərir. Payızda Kommunist Partiyasının qurultayından sonra iqtisadiyyat açılsa, 2022-ci ildə 3,5 faiz artım əldə edilə bilər.
İqtisadçılara görə, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi iqtisadiyyatda yavaşlamanın yenidən başladığının bariz göstəricisidir. Eniş dövrü başlayıb və bu, təkcə mənzil sektorunda deyil, faizlərin endirilməsi bütün iqtisadiyyatın problem içində olduğunu göstərir.
Yüksək işsizlik səviyyəsi, zəif kredit artımı, bəzi kateqoriyalar üzrə pərakəndə satış və sənaye istehsalının azalması daxili tələbin yavaşlamasından xəbər verir.
Davamlı məhdudiyyətlər ölkədə istehlakın azalmasına səbəb olub. İqtisadçılar hesab edirlər ki, iş yerlərinin yaradılması üçün daha aqressiv tədbirlər və daha geniş stimullar olmalıdır (Marja.az).