Dünyanın ən zəngin insanları olan "Tesla" və "SpaceX"in sahibi İlon Mask, "Amazon" və "Microsoft"-un qurucuları Ceff Bezos və Bill Qeyts 2022-ci ilin əvvəlindən 115 milyard dollar itirib.
Eləcə də bax: 10 ən varlı insanın kapitalı dünya əhalisinin - 40%-NİN SƏRVƏTİNİ KEÇİB
FED.az xəbər verir ki, bu barədə "Bloomberq" agentiliyi yazır.
Bu şəxslər dünyanın ən varlı adamlarının siyahısında 1-ci, 2-ci və 4-cü yeri tuturlar. Mayın 29-na olan məlumata görə, Maskın sərvəti 224 milyard dollar, Bezosun 139 milyard dollar, Qeytsin sərvəti 23 milyard dollar olaraq qiymətləndirilir. Üçüncü yerdə 133 milyard dollarla "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bertrand Arnault qərarlaşıb.
Son beş ayda "Tesla" və "SpaceX"-in sahibi 46,4 milyard, "Microsoft"-un yaradıcısı 15,1 milyard, Bertran Arno 44,7 milyard itirib. Ən böyük maliyyə itkisi ilə "Amazon"un yaradıcısı üzləşib - 53,2 milyard. 5-ci yerdə gedən məşhur investor, «Berkshire Hathaway» şirkətinin baş direktoru və sahibi Uorren Baffet sərvətini 6,54 milyard dollar artıraraq 115 milyard dollara çatdırıb.
«Oxfam» xeyriyyə təşkilatının məlumatına görə, hazırda ən yüksək və rekord gəlirləri energetika sektğorunda, qida səniyesində və əczaçılıq sahəsində işləyən şirkətlər əldə edirlər. «Oxfam»ın qiymətləndirməsinə görə, bu sahələrdə böyük inhisarçılıq var.
«Hazırda dünyadakı milyardçıların ümumi sərvəti dünyanın ümumdaxili məhsulunun 13,9%-nə bərabərdir. 2000-ci ildəki vəziyyətdə müqayisədə bu 3 dəfə artıqdır. 2000-ci ildə milyardçıların ümumi sərvəti dünya ÜDM-nin cəmi 4,4%-ni təşkil edirdi».