Böyük Britaniyanın Sotebi hərrac evi dünyanın ən böyük qara almazını hərraca çıxarıb.
Eləcə də bax: Yeni ştammın yayılması fonunda brilyant - 10%-DƏK BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Londonda sərgilənən “Enigma” adlı 555,55 karatlıq qara almaz fevralın 3-9-da onlayn hərraca çıxarılıb.
İçərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yer üzünə düşməsi nəticəsində əmələ gəldiyi düşünülən qara almaz fevralın 10-da yeni sahibini tapacaq.
1990-cı illərdə hazırkı sahibi tərəfindən satın alınarkən xam halında çəkisi 800 karat olan “Enigma” 3 illik emaldan sonra son formasını alıb. Yaxın Şərqdən ilhamlanaraq hazırlanan, xurma şəklində kəsilmiş “Enigma”nın təxminən 3-5 milyon funt sterlinqə alıcı tapacağı gözlənilir.