"Johnnie Walker", "Guinness" və "Smirnoff" brendlərinin sahibi olan Britaniyanın "Diageo" spirt şirkəti Rusiyadakı müştərilərinə hazır məhsulların daşınmasını dayandırır.
Eləcə də bax: Çexiyanın pivə istehsalçıları Rusiyaya pivə ixracını - DAYANDIRDILAR
FED.az xəbər verir ki, bunu şirkətin nümayəndəsi bildirib.
"Qlobal təchizat zəncirlərinin vəziyyətini nəzərə alaraq, hazır məhsulların çatdırılmasını müvəqqəti olaraq dayandırmaq qərarına gəldik", - "Diageo"nun nümayəndəsi bildirib.
"Diageo" şirkəti "Johnnie Walker", "Captain Morgan", "Guinness", "Smirnoff", "Baileys", "White Horse" və digər brendləri birləşdirən dünyanın ən böyük premium spirtli içkilər istehsalçısıdır.
Ukraynanın “Nemiroff” şirkəti də Rusiyada spirt istehsalı üçün lisenziyanı ləğv edib.
Finlandiya da Rusiyaya spirtli içkilərin satışını dayandırıb. Belə bir qərarın Rusiyanın Ukraynada apardığəı müharibə bağlı verildiyi qeyd edilib. (Marja)