Koronavirus pandemiyasına görə yaranmış vəziyyət dünya ticarətinə mənfi təsir edib. İqtisadiyyatı çökmüş bir çox ölkə isə ticarət gəlirlərinin əhəmiyyətli bir hissəsini itirib.
FED.az "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, pandemiyanın ən çox ixrac göstəriciləri yüksək olan ölkələrə təsir edəcəyi bildirilir.
Ötən il dünyanın ən böyük ixracatçıları Çin (2,498 trln. ABŞ dolları), ABŞ (1,645 trln. dollar) və Almaniya (1,486 trln. dollar) olub.
Beynəlxalq Ticarət Mərkəzinin göstəriciləri əsasında ötən ilin 10 ən böyük ixracatçısı reytinqi dərc olunub:
# |
Ölkə |
2019-cu ildə ixrac həcmi, mlrd. $ |
2018-ci ilə nisbətən, % |
1 |
Çin |
2 498 |
0,2 |
2 |
ABŞ |
1 645 |
-1,2 |
3 |
Almaniya |
1 486 |
-4,6 |
4 |
Niderland |
721 |
23,2 |
5 |
Yaponiya |
705 |
-3,1 |
6 |
Fransa |
555 |
-2,3 |
7 |
Cənubi Koreya |
542 |
-10,4 |
8 |
İtaliya |
541 |
-0,4 |
9 |
Honkonq |
535 |
-6 |
10 |
Böyük Britaniya |
467,5 |
-4 |