Dünyanın ədalətlilik və açıqlıq prinsiplərinə əsaslanan yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var.
Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub - FOTOLAR
FED.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Bu gün artan ticarət əngəlləri, proteksionizm və müqavilələrin pozulması qlobal iqtisadiyyat üçün ciddi problemlər yaradır. Bu problemlərin həlli ədalətsiz ticarət maneələrinin aradan qaldırılmasını və rəqəmsallaşma yolu ilə təchizat zəncirlərinin şəffaflığının artırılmasını tələb edir”, – deyə Tokayev bu gün Boao Asiya Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib.
O hesab edir ki, qlobal maliyyə sistemində də yeni yanaşmalar tətbiq edilməlidir. Qazaxıstan Prezidenti beynəlxalq ictimaiyyəti davamlı maliyyələşdirmə sahəsində daha effektiv tədbirlər görməyə çağırıb.
“Nəhəng bazar kapitallaşması ilə nəhəng Asiya istiqraz bazarı bir çox inkişaf layihələrini dəstəkləmək üçün yüksək potensiala malikdir. Avrasiya İnkişaf Bankı yeni maliyyə investisiya aləti kimi panda istiqrazlarının ilk buraxılışını həyata keçirməyi planlaşdırır. Bu, qlobal infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün son dərəcə vacib ola bilər”, – deyə Tokayev qeyd edib. (İnterfaks-Azərbaycan)