Sentyabr ayında Afrikada yerləşən Benin, dünyada illik ifadədə - 1,6% səviyyəsində deflyasiyanın qeydə alındığı yeganə ölkə olub.
Azərbaycanda mərci və qarabaşaq 30-40% bahalaşıb - QİYMƏTLƏR
FED.az xəbər verir ki, araşdırma BMT-yə üzv olan 193 ölkənin milli statistika xidmətlərinin məlumatları əsasında aparılıb.
Sentyabrda 2%-lə ən aşağı inflyasiya Boliviya və Panamada, 3%-ə qədər isə Oman, Çin, Seyşel adaları və Yaponiyada olub. Payızın əvvəlində dünya ölkələri ilə müqayisədə aşağı qiymət artımı Səudiyyə Ərəbistanında (illik 3,07%), Maldiv adalarında (3,1%), Küveytdə (3,19%), Nigerdə (3,2%), İsveçrədə və Lixtenşteyndə (3,3%) müşahidə olunub. Vyetnamda illik ifadədə qiymətlər sentyabrda 3,9%, Bəhreyndə isə 4% artıb.
Ümumilikdə, payızın əvvəlində dünyanın 59 ölkəsində, ən çox Sudan, Zimbabve, Pakistan, Əfqanıstan və Palauda olmaqla illik inflyasiya səngiyib.
Meksika, Şərqi Timor, Sinqapur, İsrail, Liviya, Bəhreyn, Yaponiya da daxil olmaqla daha 7 ölkədə payızın əvvəlində qiymət artım tempi dəyişməyib. (Marja)