Dünya Bankı qlobal əmtəə bazarlarında fevralın sonuna qiymətləri açıqlayıb.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bəzi əmtəələr kəskin bahalaşıb. Belə ki, kömür 2.2 dəfə, neft 2.2 dəfə, gübrələr orta hesabla 2 dəfə, mal əti 35%, toyuq əti 69%, pambıq 53%, alüminum 55%, mis isə 18% bahalaşıb.
Belə ki, ötən ilin fevralında kiloqramı 1,81 dollar olan toyuq əti bu ilin yanvarında, yəni 11 aydan sonra 2,88 dollar olub.
Mal əti ötən liin fevralında 4,66 dollar olduğu halda, bu ilin yanvarında 5,97 dollar olub.
Pambıq isə ötən il kiloqrama 2,05 dollar olduğu halda bu iin ynrvarında 2,91 dollar olub.
İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, son 40 ildə dünya əmtəə bazarı belə təlatüm görməyib. Ukraynaya hərbi müdaxilənin uzanacağı tədqirdə bazarlarad kəskin qiymət volatillyinin davam edəcək.
«Çox kəskin qlobal inflyasiya dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Aparıcı iqtisadiyyatlarda makroqtisadi sabitliyin pozulması, inkişaf etməkdə olan ölkələrdə onsuz da geniş miqyasda olan yoxsulluğun daha da artması təkcə qlobal iqtisadi deyil, həmçinin siyasi sabitlik üçün saatlı bombaya çevrilir»-deyə R.Ağayev bildirir.