Dünyada ərzaq qiymətləri indeksi bir il əvvəlki həddən də aşağı enib.
Azərbaycan ərzaq məhsullarının idxal xərclərini - 23% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı proqramı – FAO məlumat yayıb.
Təşkilatın məlumatına görə, xüsusilə ət və taxılın qiyməti ucuzlaşıb.
2022-ci ilin dekabrında dünyada ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,9% azalaraq 132,4 pilləyə enib.
Ərzaq qiymətlərini izləyən FAO-nun məlumatına görə, ərzağın qiymətindəki ucuzlaşma artıq 9-cuaydır ki, davam edir.
Nəticədə qiymət indeksi bir il əvvəlki həddən də aşağı düşüb.
Bunula yanaşı, ümumilikdə 2022-ci il üzrə indeksin orta göstəricisi 143,7 olub ki, bu da 2021-ci ilin orta göstəricisindən 14% yüksəkdir.
Dekabrda qiyməti ucuzlaşan ərzaqlar arasında taxılı (-1,9%) və əti (-1,2%) qeyd etmək olar. Bunun səbəbi onunla bağlıdır ki, cənub yarımkürəsində məhsuldarlıq yüksək olduğuna görə, taxıl ixracı artıb, Braziliya tərəfdən başlanan rəqabət isə qarğıdalı qiymətinin aşağı düşməsinə səbəb olub.
Ətin qiymətinin düşməsi isə dünyada mal əti və toyuq ətinin ucuzlaşması ilə bağlıdır.
Bununla yanaşı, 5 aylıq ucuzlaşmadan sonra dekabrda süd məhsulları 1,2% bahalaşıb, eləcə də şəkərin qiyməti 2,4% artıb. Buna səbəb Hindistanda pis havalarla əlaqədar narahatlıqlar və Tailand və Avstraliyada şəkər çuğundurunun emalı ilə bağlı ləngimələr olub.