Hazırda dünyada ərzaq məhsulları 27% bahalaşaraq son illərin rekord həddinə çatıb.
Eləcə də bax: Ərzaqlar ilin əvvəlindən bu qədər bahalaşıb – bəzi mallarda 30% artım var – TAM SİYAHI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın analitik informasiya agentliyi “İNFOLine” yayıb.
Məlumata görə, qiymət artımı təkcə meyvə-tərəvəz, süd məhsullarında yox, həm də gübrə və yem qiymətlərində hiss olunur. Bahalaşmanın daha çox kartofda təqribən 1, 77% olduğu müşahidə edilib.
Agentlik, eyni zamanda alıcılıq qabiliyyətinin sərhədsiz olduğunu, bunun isə öz növbəsində müəyyən səviyyədən sonra stabilləşməyə gətirib çıxaracağını da vurğulayıb.