Nəzərə alsaq ki, dünya üzrə ölkələrin sayı 200-dən çoxdur, ölkələr üzrə ÜDM göstəciləri maraq doğurur.
Eləcə də bax: Koronavirusa görə dünyada kasıblar - 120 MİLYON NƏFƏR ARTIB
Belə ki, Paretto analizinə əsaslansaq ölkələrin ÜDM göstəriciləri özünü doğrultmur. Paretto analizinə əsasən ölkələrin 20%-I ümumi ÜDM-in 80%-ini təşkil etməli olduğu halda Dünya bankının 2019-cu il üzrə yayımladığı gösrəcilərə əsasən cəmi 19 ölkə ÜDM-in 80.5%-ini təşkil edir. Bu da ümumi ölkələrin cəmi 9.3%-i edir. Bunlardan 4 ölkə-ABŞ, Çin, Yaponiya və Almaniya müvafiq olaraq ilk 4-lüyü formalaşdırır və dünya üzrə ÜDM-in 52%-ni təşkil edir. Aşağıdakı cədvəldə ilk 19-luqla tanış ola bilərsiniz.
Sevindirici haldır ki, 2019-cu ildə bu sıralamaya qonşu ölkə Türkiyə də daxil ola bilib:
Ranking |
Countries |
GDP (millions of USD) |
Percentage |
ABC (analysis) |
1 |
United States |
21 433 226 |
25% |
A |
2 |
China |
14 342 903 |
17% |
A |
3 |
Japan |
5 081 770 |
6% |
A |
4 |
Germany |
3 861 124 |
4% |
A |
5 |
India |
2 868 929 |
3% |
A |
6 |
United Kingdom |
2 829 108 |
3% |
A |
7 |
France |
2 715 518 |
3% |
A |
8 |
Italy |
2 003 576 |
2% |
A |
9 |
Brazil |
1 839 758 |
2% |
A |
10 |
Canada |
1 736 426 |
2% |
A |
11 |
Russian Federation |
1 699 877 |
2% |
A |
12 |
Korea, Rep. |
1 646 739 |
2% |
A |
13 |
Australia |
1 396 567 |
2% |
A |
14 |
Spain |
1 393 491 |
2% |
A |
15 |
Mexico |
1 268 871 |
1% |
A |
16 |
Indonesia |
1 119 191 |
1% |
A |
17 |
Netherlands |
907 051 |
1% |
A |
18 |
Saudi Arabia |
792 967 |
1% |
A |
19 |
Turkey |
761 425 |
1% |
A |
Dünya ölkələrinin sayına müvafiq əslində bu göstərici 40 ölkə təşkil etməli idi. Ancaq bu göstərici 2 dəfə azdır. Belə olan halda dünya üzrə İqtisadiyyatın tənzimlənməsi və qərarların qəbul olunması “TOP 19”-un fəaliyyətindən birbaşa və ya dolayısı ilə sıx asılılıq təşkil edir. Sadə dildə desək - 40 ölkənin fikri deyil 19 ölkənin fikri daha çox rol oynayır. Bu ölkələrin təsir gücü olmalı olduğundan 2 dəfə artıqdır.
1980-cı ildə bu rəqəm 16.6% təşkil edirdi. Bu da ideala yaxın rəqəm hesab olunur. Rəqəmlərin və adların dəyişikliyində elmi-texniki tərəqqiyə meylli ölkələrin daha sürətlə paylarını artırması müşahidə olunur. Məsələn Çin bu illər ərzində 7-ci pillədən 2-ci pilləyə yüksəlmişdir.
1980-cı ildə 170 ölkənin, 2019-cu ildə isə 205 ölkənin ÜDM statistikası barəsində məlumat mövcuddur. Ölkə sayları artsa da payların bölüşdürülməsində azalma müşahidə olunur. Bu illər arasında ÜDM göstəricilərində əks meyllilik mövcuddur. Əks meyllilik indeksi “-0.257”-dir.
2019-cu ildə Rusiyanın ilk 10-luğa daxil ola bilməməsi xüsusi diqqət çəkir. Cəmi 1.7 trln. USD ÜDM məlumatı verilib ki, bu da böyük silah, farm və kənd təsərrüfatı sənayesi olan ölkə üçün digərləri ilə müqayisədə kiçik rəqəmdir. Burada RF-yə tətbiq olunan sanksiyalar, ölkədəki mövcud leqallıq və rəqəmlərin şəffaflığı ayrı müzakirə mövzusudur.
Azərbaycan 2019-cu ildə Dünya Bankının məlumatlarına əsasən 48.05 mlrd. USD göstərici ilə 90-cı pillədə qərar tutmuşdur. 2020-ci ilin statistikası Dünya Bankı tərəfindən açıqlanmasa da Pandemiyanın təsirləri yan keçməyib və ÜDM göstəricisi 6.38mlrd. USD geriləyərək 41.67mlrd. USD-yə kimi düşmüşdür.
Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədr müavini, Zaur Niftəliyev