COVID-19 pandemiyası səbəbindən özünün ənənəvi məkanı olan Davos şəhərində deyil, Sinqapurda baş tutacaq Dünya İqtisadi Forumu (WEF) 2021-ci ilin mayın 13-16-dan 25-28-i tarixlərinə keçirilib.
FED.az xəbər verir ki, WEF-in keçirilmə vaxtının dəyişdirilməsinin səbəbləri göstərilməyib.
Bundan öncə WEF-in təsisçisi Klaus Şvab bildirmişdi ki, qlobal liderlərin sammiti iqtisadiyyatı birgə bərpa etməsi baxımından olduqca vacibdir.
Xatırladaq ki, bundan əvvəl forumun 2021-ci ilin yanvar ayının sonuna keçiriləcəyi planlaşdırılsa da, daha sonra pandemiya ilə əlaqədar tədbirin gələn ilin yayın əvvəlinə təxirə salındığı bildirilirdi. Forum 50 ildir İsveçrənin Davos şəhərində keçirilir. (Apa)