Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,69% – 31,041.13 bəndədək, S&P 500 indeksi 1,48% – 3,803.79 bəndədək, Nasdaq indeksi isə 2,56% – 13,067.48 bəndədək yüksəlib.
FED.az-ın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 7-də FTSE 100 indeksi 0,22% – 6,856.96 bəndədək, Fransa CAC-40 indeksi 0,70% – 5,669.85 bəndədək, Almaniya DAX indeksi isə 0,55% – 13,968.24 bəndədək yüksəlib.