Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının FAO Qida Qiymət İndeksi, Mart ayında 2.1% artaraq 118.5 səviyyəsinə yüksəlib.
Eləcə də bax: Ərzaq balansının hazırlanmasında iştirak edəcək dövlət qurumları - Məlum Olub
FED.az xəbər verir ki, illik müqayisədə artım 24.6%-ə çatıb. 2020-ci ilin Mart ayında İndeks 91.0 səviyyəsində idi.
Fasiləsiz 10 aydır yüksəlməkdə davam edən İndeks, 2014-cü ilin İyun ayından bu yana son 6.5 ilin ən yüksək səviyyəsinə çatıb.
İndeks, son 10 ayda 30.2% yüksəlib. (Marja)